Sosial şəbəkədə biz:

Qazaxıstanın keçmiş baş naziri həbs olundu

11 December 2015, 23:17
Gündəm
Qazaxıstanın keçmiş baş naziri Serik Əhmədov korrupsiya ittihamı ilə 10 il azadlıqdan məhrum edilib. Karaqanda vilayət məhkəməsi dekabrın 11-də onu israfçılıq və külli miqdarda mənimsəmədə təqsirli bilib. O ittihamları rədd edir. O dekabrın 9-da məhkəmə prosesində ölkə prezidenti Nursultan Nazarbayevi onun səhlənkarlığa yol verməsini bağışlamağa çağırmışdı. 56 yaşlı Əhmədov əslən Karaqandadandır. 2012-ci ilin sentyabrından 2014-cü ilin aprelinədək baş nazir olub, ötən ilin aprelində müdafiə naziri vəzifəsinə təyin edilib, amma oktyabrda öz istəyi ilə istefaya gedib.