Sosial şəbəkədə biz:

Cavid Qurbanov: "Qanunsuz tikililərin siyahısı hazırlanır"

12 December 2015, 20:00
Gündəm
"Azərbaycanda dəmir yollarının ətrafında tikilən qanunsuz tikililərin siyahısı hazırlanır".
Moderator.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, hazırda qanunsuz tikililərlə bağlı məsələyə baxılır: "Bununla bağlı yeni məlumat yoxdur, olacağı təqdirdə ictimaiyyətə açıqlanacaq. Hazırda qanunsuz tikililərin siyahıya alınması işləri gedir".