Sosial şəbəkədə biz:

Akif İslamzadə: “Bezmişəm artıq...”

<strong><span style="color: #000000;">Akif İslamzadə:</span> <span style="color: #ff0000;">“Bezmişəm artıq...”</span></strong> Adama nə qədər eyni sualları verərlər axı?.. Bu sözləri xalq artisti Akif İslamzadə son vaxtlar mətbuatda, televiziya verilişlərində görünməməsi ilə bağlı Axar.az-a danışarkən deyib. Xalq artisti mətbuat və televiziyadakı eynilikdən bezdiyini bildirib: “25 ildir mənə sual verirlər ki, “Ötən günlərinizi qaytarsaydılar, gələn günlərinizi qurban verərdinizmi?” Belə olmaz axı, hamısı eyni suallar, eyni söhbətlərdir. Mən mətbuatdan qaçan adam deyiləm. Əgər özünə güvənən, yeni, fərqli suallar verən jurnalistlər olsa, hər zaman onların suallarını cavablandırmağa canla-başla hazıram. Eyni suallar, eyni cavablar həm insanın özünü bezdirir, həm də tamaşaçını. Artıq eynilikdən bezmişəm”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol