Sosial şəbəkədə biz:

Bakıda 18 yaşlı gəlin itkin düşdü - 8 martda

12 March 2019, 10:00
Gündəm

Bakıda qadın gecə saatlarında itkin düşüb.

Azinforum.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

Sabirabad rayonunda qeydiyyatda olan və paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsində yaşayan, 2001-ci il təvəllüdlü İsmayılova Sevda Cəbrayıl qızı martın 8-də gecə saat 02 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Həyat yoldaşının müraciətindən sonra polis araşdırmalara başlayıb.