Sosial şəbəkədə biz:

Rəhman Hətəmov vitse-prezident təyin edildi

<span style="color: #ff0000;"><strong>Rəhman Hətəmov vitse-prezident təyin edildi</strong></span> Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərlik və idarə heyətində bir sıra dəyişikliklər edilib.   Federasiyadan Axar.az-a verilən məlumata görə, milli komandanın baş məqçisi Rəhman Hətəmov 1-ci vitse-prezident təyin olunub.   Yeni formalaşan idarə heyətinin üzvləri isə 9 nəfərdən ibarətdir. Heyətə AMKF-in prezidenti Yaşar Bəşirov, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev daxildir.   Həmçinin, federasiyanın 1-ci vitse-prezidenti Rəhman Hətəmov, vitse-prezident Yusif Məmmədov, baş katib Mir Cabbar Seyidov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Cəbrayıl Həsənov, Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi Elmir Həbibullayev, federasiyanın baş hakimi Cahangir Babayev və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov da idarə heyətində təmsil olunur.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol