Sosial şəbəkədə biz:

Ölən əsgərin işi üzrə məhkəmə başlanır

14 December 2015, 11:13
Gündəm
Dekabrın 14-də Bakı Hərbi Məhkəməsində əsgər Tapdıq Babaşovun işi ilə bağlı məhkəmənin hazırlıq iclası keçiriləcək. Tapdıq Babaşov bu il mayın 22-də Fövqəladə Hallar Nazirliyinin Biləcəridəki hərbi hissəsində ölmüşdü. Yaxınları onun döyülüb öldürüldüyünü bildirir. Hadisə ilə bağlı cinayət işi açılıb. Hərbi xidmətlərini başa vurmaq üzrə olan 3 əsgər həbs edilib. T.Babaşov BDU-nun tarix fakültəsini qırmızı diplomla bitirmişdi.(azadliq.info)