Sosial şəbəkədə biz:

Azərbaycanda ərzaq 6%-ə yaxın bahalaşıb

<strong><span style="color: #000000;">Azərbaycanda ərzaq 6%-ə yaxın bahalaşıb</span></strong> Son 1 ildə Azərbaycanda istehlak qiymətləri 3,7% artıb. Dövlət Statistika Komitəsindən fins.az-a verilən məlumata görə, bahalaşma ərzaq məhsullarında 5,9%, qeyri-ərzaq mallarında 3,1%, pullu xidmətlərdə isə 1% olub. Təkcə noyabr ayında isə ərzağın qiyməti 0,9% artır. Komitədə bildirirlər ki, düyü, un, toyuq əti, kolbasa məmulatları, süd məhsulları, yumurta, kərə və bitki yağları, üzüm, xiyarın, pomidor, badımcan, bibər, lobyan, kartof, soğan, sarımsaq kimi məhsullarda bahalaşma, qarabaşaq yarması, mal və qoyun əti, limon, portağal, naringi, alma, heyva, banan, xurma, kələm, göyərti, balqabaq, çuğundur, yerkökü kimi məhsullardan isə ucuzlaşma qeydə alınıb. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Ötən ay həmçinin qeyri-ərzaq mallarının və pullu xidmətlərin qiyməti də sabit qalıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol