Sosial şəbəkədə biz:

ANS-in “Nəzər nöqtəsi” yenidən efirə qayıtdı – FOTO

<strong><span style="color: #000000;">ANS-in “Nəzər nöqtəsi” yenidən efirə qayıtdı <span style="color: #ff0000;">– FOTO</span></span></strong> Bu gündən ANS-in məşhur “Nəzər nöqtəsi” proqramı yenidən efirə qayıdır. Bu barədə Modern.az-a proqramın aparıcı jurnalist Eldəniz Elgün məlumat verib. 17 ildən sonra yenidən canlı efirə qayıdan jurnalist aparıcı olduğu “Nəzər nöqtəsi” haqqında Modern.az-a bunları deyib: ““Nəzər nöqtəsi” həftədə beş gün yayımlanacaq. Yayım müddəti yarım saat olacaq. Budəfəki “Nəzər nöqtəsi”nin özəlliyi ondan ibarətdir ki, analitik təhlillərlə yanaşı, hər verilişdə tamaşaçıları informasiya ilə təmin etməyə çalışacağıq. İstəyirik ki, verilişin informasiya yükü daha çox olsun”. Aparıcı “Nəzər nöqtəsi” vasitəsilə tamaşaçıları siyasi proqramlara maraq göstərməyə çağırıb: “Tamaşaçıları yenidən bu cür siyasi verilişlərə maraq göstərməyə çağırıram. Hesab edirəm ki, “Nəzər nöqtəsi” onların bütün siyasi informasiya maraqlarını tam təmin edə biləcək. Özümüzü jurnalistikada keçmiş məktəbin yetirmələri hesab edirik. Yeni formatda keçmiş jurnalistikaya geri qayıdırıq. Baxsalar, uduzmazlar!”. Qeyd edək ki, “Nəzər nöqtəsi” verilişi saat 20.30-da başlayacaq…


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol