Sosial şəbəkədə biz:

Pənah Hüseynin qohumlarına hökm oxundu

<span style="color: #000000;"><strong>Pənah Hüseynin qohumlarına hökm oxundu</strong></span> Hakim prokurordan ədalətli davranaraq yeddi nəfərə yüngül cəza verib...

Bu gün- dekabrın 14-də Sabirabad Rayon Məhkəməsində müxalifət lideri Pənah Hüseynin yeddi qohumunun məhkəməsi keçirilib. Musavat.com-un xəbərinə görə, hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər son söz deyiblər. 
Çıxış edən yeddi nəfərdən heç biri özünü təqsirli hesba etməyib. Onlar həmçinin məhkəmədən ədalətli qərar çıxarmasını istəyiblər.
Məhkəmənin qərarına əsasən, İxtiyar Sərxoşov 3 il müddətinə şərti cəza alıb. Digər altı nəfər isə 2 ilədək müddətə islah işləri ilə cəzalandırılıblar. Həmçinin qarşı tərəfdən Rəsul Dəmirov da 2 il müddətinə islah işləri ilə cəzalandırılıb.
Qeyd edək ki, dövlət ittihamçısı onlara ağır cəza istəmişdi.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol