Sosial şəbəkədə biz:

"Azərvbaycan Dəmir Yolları"nın reytinqi aşağı salınıb

<span style="color: #000000;"><strong>"Azərvbaycan Dəmir Yolları"nın reytinqi aşağı salınıb</strong></span>

"Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi "Azərbaycan Dəmir Yollları" QSC-nin kredit reytinqini "BB+" səviyyəsindən "BB-" səviyyəsinə endirib. 
Agentlik bu qərarını "Azərbaycan Dəmir Yolları"nın noyabr ayında olan borc ödənişini 3 gün gecikdirməsi ilə əlaqələndirib.
"Report" xəbər verir ki, gecikdirilməyə səbəb kimi isə Azərbaycan Maliyyə Nazirliyinin quruma ayrılan maliyyə vəsaitinin gec təsdiq etməsi göstərilib. Bununla da, Agentlik "Azərbaycan Dəmir Yolları"  ilə Azərbaycan höküməti arasındakı əlaqəni "çox güclü" səviyyəsindən "güclü" səviyyəsinə endirib.
"S&P" həmçinin qurumun müstəqil kredit reytinqini "bb-" səviyyəsindən "b-" səviyyəsinə endirib və " daha az adekvat" kimi qiymətləndirib. Bununla yanaşı, kredit reytinqi proqnozunun monitorinqini "neqativ" qiymətləndirilib. Bu onu göstərir ki, "Azərbaycan Dəmir Yolları"nın Nazirlər Kabinetinin nəzarətinə keçirilməsi nəticəsində dövlət nəzarətinin azalacağı təqdirdə kredit reytinqinin daha iki pillə azaldılması mümkündür. Bunun qiymətləndirilməsi isə 90 gün davam edəcək.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol