Sosial şəbəkədə biz:

Cəfəroğlu əfv edilə biləcək məhbusların adını açıqladı

<span style="color: #000000;"><strong>Cəfəroğlu əfv edilə biləcək məhbusların adını açıqladı</strong></span> Əfv sərəncamından tanınmışların adının da olacağına çox ümidliyik.   Bu barədə Axar.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Əfv siyahısına bir çox tanınmış adların təklif olunduğunu deyən N.Cəfəroğlu Komissiyanın müraciətləri dəyərləndirmək üçün yüksək səviyyədə çalışdığını bildirib:   “Əfvlə bağlı çox ciddi işlər aparılıb. Çox ümidliyik ki, Prezident Yeni ildə əfv sərəncamı imzalayacaq. Əfv siyahısında Tofiq Yaqublu, İntiqam Əliyev, İlqar Məmmədov, Pərviz Həşimli və NİDA-çıların da adlarının, o cümlədən Sirac Kərimov, Fərəc Kərimov və bir çox məhbusların da adının yer alacağına çox ümidliyik. Qərar isə təbbi ki, Prezidentindir”.   Qeyd edək ki, Yeni il bayramı öncəsi Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol