Sosial şəbəkədə biz:

Dövlət Təhlükəsizliyi Xidməti yaradıldı, Mədət Quliyev rəis təyin edildi

14 December 2015, 14:55
Gündəm
Mədət Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib. Azərbaycan prezidenti İlham Əliyev bu gün bununla bağlı müvafiq sərəncam imzalayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram: Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilsin".