Sosial şəbəkədə biz:

Bu il 128 jurnalist öldürülüb

<strong><span style="color: #000000;">Bu il 128 jurnalist öldürülüb</span></strong> Bu il 31 ölkədə 128 jurnalist öldürülüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu haqda "Press Emblem Campaign" araşdırma mərkəzinin hesabatında bildirilib. Məlumata görə, siyahıda ilk yerdə Suriyadır. Orada 11 jurnalist qətlə yetirilib. İraq və Meksikanın hər birində 10 jurnalist, Fransa, Liviya, Filippində hər birində 8, Braziliya, Hindistan, Cənubi Sudan hər birində 7, Pakistan və Somalidə 6, Hondurasda 5, Ukrayna və Kolumbiyada jurnalist öldürülüb. Ərazisində 3 jurnalist öldürülən Qvatemala 16-cı yerdədir. 17-18-ci yerləri ABŞ və Əfqanıstan tutub. Onların hər birində 2 jurnalist öldürülüb. Araşdırmada qeyd edilib ki, jurnalistlər üçün ən təhlükəli bölgə Yaxın Şərqdir. Orada 38 jurnalist öldürülüb. Sonrakı yerdə Latın Amerikası (31) gəlir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol