Sosial şəbəkədə biz:

Metro istifadəçilərinin nəzərinə: cərimələr artırılır

<strong><span style="color: #000000;">Metro istifadəçilərinin nəzərinə:</span> <span style="color: #ff0000;">cərimələr artırılır</span></strong> Azərbaycanda metropolitendən istifadə qaydalarının pozulmasına görə cərimələr artırılır. Trend xəbər verir ki, bu barədə məsələ yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb. Məcəlləyə edilən dəyişikliyə əsasən, eskalatordan sürahinin üstünə əşya qoymağa görə cərimə hazırki İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan 15 manatdan 20 manata qədər artırılır. Stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə cərimə isə 10 manatdan 15 manata qaldırılır. Yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol