Sosial şəbəkədə biz:

Azərbaycan diasporu Rusiya Dumasının Xocalı soyqırımını tanımasını istəyir

<strong><span style="color: #000000;">Azərbaycan diasporu Rusiya Dumasının Xocalı soyqırımını tanımasını istəyir</span></strong> Azərbaycanın Rusiyadakı diasporu Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə müraciət edib. APA-nın verdiyi xəbərə görə, müraciətin müəllifləri Dövlət Dumasının sədrini Xocalıda törədilən kütləvi qətllərin soyqırımı kimi tanımağa çağırıblar. "Təəssüf ki, indiyədək Dövlət Duması Xocalı faciəsinin soyqırımı kimi tanınması məsələsini müzakirə etməyib. Bu isə Rusiya azərbaycanlıları arasında və Azərbaycanda ciddi narazılığa səbəb olur", - deyə müraciətdə bildirilir. Qeyd edək ki, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda deputatlar N. Leviçev və S. Mironov Rusiya Dövlət Dumasına "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasın ı nəzərdə tutan qanun layihəsini təqdim ediblər. Azərbaycan diasporunun nümayəndələri qeyd ediblər ki, Mironovun təşəbbüsü rusiyalı siyasətçilərin məsələyə birtərəfli yanaşmasının göstəricisidir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol