Sosial şəbəkədə biz:

ATƏT təmas xəttində yeni monitorinq keçirir

15 December 2015, 10:39
Gündəm
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 16-da Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır. Azinforum.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Svedberq və Saymon Tiller keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle keçirəcəklər.