Sosial şəbəkədə biz:

Aktyorlar deputata qarşı: “Xalq onu Milli Məclisdən rədd etməlidir”

<strong><span style="color: #000000;">Aktyorlar deputata qarşı:<span style="color: #ff0000;"> “Xalq onu Milli Məclisdən rədd etməlidir”</span></span></strong> Millət vəkili Araz Əlizadənin Rusiya-Türkiyə gərginliyinin yaranmasında rəsmi Ankaranı ittiham etməsi təkcə siyasilər arasında birmənalı qarşılanmayıb. Deputatın Türkiyənin bu məsələdə haqsız olduğu ilə bağlı fikirlər səsləndirməsi sənət adamlarını da hiddətləndirib. AzNews.az xəbər verir ki, ona etiraz edənlərdən biri də Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əli Nurdur. Ə.Nur sosial şəbəkə vasitəsilə Türkiyənin Azərbaycan üçün etdiklərini gözardı edənləri vətən xaini adlandırıb: “Əgər Türkiyə - 1915-ci ildə (Baş nazir Tələt Paşa), 1918-ci ildə (Hərbi nazir Ənzər Paşa),1920-ci ildə (Sayın Atatürk), - olmasaydı, Cənubi Qafqazda Azərbaycan adlı məmləkət olmayacaqdı. Bunu bilməyənlər şərəfsiz, satqın və milli xainlərdir” Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Ramiz Məlik də həmkarının dediklərinə dəstək verib: “O nankora bütün xalq öz münasibətini bildirməlidir. Xalq onu Milli Məclisdən rədd etməlidir. Yoxsa bu nankor çox oyunlardan çıxacaq”. Qeyd edək ki, noyabrın 24-də Türkiyə Suriya ilə sərhəddə Rusiyaya məxsus “Su-24” hərbi təyyarəni vurub. Türkiyə tərəfi təyyarənin hava məkanını pozduğu üçün vurulduğunu açıqlayıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol