Sosial şəbəkədə biz:

Maşallah Əhmədov həbs edildi

15 December 2015, 13:09
Gündəm
Azərbaycan futbolunun ən güclü hücumçularından olmuş Maşallah Əhmədovun həbs xəbəri yayılıb. Azinforum.az Bizimyol.info-ya istinadən xəbər verir ki, veteran futbolçuya cinayət işi açılıb. O, 72 min manatlıq dələduzluqda ittiham olunur. Xatırladaq ki, Maşallah Əhmədov 1977-ci ildən “Neftçi” klubunda oynayıb. O, 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidenti postunu daşıyır.