Sosial şəbəkədə biz:

Bakının bəzi qəsəbələrində elektrik verilişində qısa məhdudiyyət olacaq

24 March 2019, 10:15
Gündəm

“Azərişıq” ASC-dən virtualaz.org-a verilən məlumata görə, qurum Nardaran, Bilgəh ve Buzovna (Albalılıq yaşayış sahəsi) qəsəbələrində elektrik verilişi xətlərində aparılan yenidənqurma işlərini yekunlaşdirir.

Bununla əlaqədar olaraq, bu gün saat 11:00-dan 14:00-a qədər adı çəkilən qəsəbələrin bəzi ərazilərində elektrik enerjisi təchizatinda qısamüddətli fasilələr yarana bilər.

Yarana biləcək narahatlığa görə "Azərişıq" ASC istehlakçılarından üzr istəyir.