Sosial şəbəkədə biz:

Deputat Hüseynbala Mirələmovun qohumu avtomobillə iki tələbəni vurdu

<strong><span style="color: #ff0000;">Deputat Hüseynbala Mirələmovun qohumu avtomobillə iki tələbəni vurdu</span></strong> Lənkəran Dövlət Universitetinin (LDU) müəllimi Tükəzban Cahangirova idarə etdiyi avtomobillə LDU-nun iki tələbəsini vurub. “Report”un xəbərinə görə, hadisə universitetin tədris korpusunun qarşısında baş verib. Şahidlərin bildirdiyinə görə, qulaqcıqdan istifadə edən qızlar nəqliyyat vasitəsinin yaxınlaşdığını bilməyiblər. Hər iki tələbə xəstəxanaya aparılıb. Onların ciddi xəsarət almadığı bildirilir. Faktla bağlı Dövlət Yol Polisi İdarəsində (DYPİ) araşdırma aparılır. Qeyd edək ki, hadisəni törədən pedaqogika üzrə fəlsəfə doktoru, şair-publisist Tükəzban Cahangirova deputat Hüseynbala Mirələmovun qohumudur.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol