Tramp Qolan təpələrini İsrail ərazisi kimi tanıdı
Tramp İsrailin Qolan təpələri üzərindəki suverenliyinin tanınmasına dair sənədə imza atıb.
ABŞ prezidenti sənədi İsrailin baş naziri Bunyamin Netanyahunun iştirakı ilə imzalayıb.
Netanyahu qarşılığında Amerika liderinə minnətdarlığını bildirib: "İsrailin heç vaxt sizin kimi yaxşı dostu olmayıb".
O, həmçinin sənədin imzalanma gününü tarixi hadisə adlandırıb.