Sosial şəbəkədə biz:

“Günəşli” yatağındakı quyulardan birində yanğın tam söndürülüb

<strong><span style="color: #000000;">“Günəşli” yatağındakı quyulardan birində yanğın tam söndürülüb</span></strong> Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Günəşli” yatağındakı 10 saylı dərin özüllündəki baş verən yanğın bir quyuda tam söndürülüb. Bu barədə SOCAR-dan məlumat verilib. Məlumata görə, quyunun təhlükəsizliyi üçün lazım gələn bütün önləyici tədbirlər görülüb. Qeyd olunub ki, söndürülən quyu neft quyusudur. Quyudan dənizə neftin dağılması təhlükəsinin qarşısı tamamilə alınıb. Qeyd edək ki, hazırda hadisə yerində aparılan yanğınsöndürmə tədbirləri davam etdirilir. Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol