Sosial şəbəkədə biz:

"Priton üstündə saxlanmışam, səhv etmişəm"

<strong><span style="color: #000000;">"Priton üstündə saxlanmışam, səhv etmişəm"</span></strong>

Yol qırağında əxlaqsızlıq yuvası aşkarlandı.
Bakı-Qazax-Gürcüstan avtomobil yolunun kənarında, Yevlax rayonunun Səmədabad kəndi ərazisində yerləşən kafelərdən birində əxlaqsızlıq yuvası aşkarlanıb. 
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əxlaqsızlıq yuvası təşkil etməkdə şübhəli bilinən, Səmədabad kənd sakini Tofiq İdris oğlu Əliyev saxlanılıb. ”Kafe sahibi Tofiq İdris oğlu Əliyevin əxlaqsız yuva saxlaması aşkar edilmişdir” deyə müstəntiq Səxavət Mirzəyev bildirib.
Saxlanılan şəxs Tofiq Əliyev də törətdiyi əməli etiraf edib: "Priton üstündə saxlanmışam. Səhv etmişəm." (Region Tv)


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol