Əliyev Paşinyanla görüşür - Rəsmi
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan görüşəcək.
XİN-dən verilən məlumata görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 martda Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub.