Sosial şəbəkədə biz:

Tanınmış vəkil Elton Quliyev vəfat etdi

16 December 2015, 10:08
Gündəm
Tanınmış vəkil Elton Quliyev vəfat edib. Bu barədə Lent.az-a vəkilin ailəsindən bildirilib. Vəkil uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirmiş... Qeyd edək ki, 1956-cı il təvəllüdlü E. Quliyev 1977-1991-ci illərdə Bakı şəhər Daxili işlər idarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, İstintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb. 1991-ci ildə öz istəyilə daxili işlər orqanlarından çıxıb. 1996-cı ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olub.