Sosial şəbəkədə biz:

Azərbaycanda 3 şirkət nizamnamə kapitalını kəskin azaldıb

<strong><span style="color: #000000;">Azərbaycanda 3 şirkət nizamnamə kapitalını kəskin azaldıb</span></strong> "Akkord Nəqliyyat" MMC nizamnamə kapitalını azaltdığını elan edib. "Report"un əldə etdiyi məlumata görə, MMC nizamnamə kapitalını 68,5% - 28,658 mln. manatdan 9,015 mln. manata salıb. Bununla yanaşı, "Körpü Tunel Tikinti" MMC də nizamnamə kapitalını 3,491 mln. manat və ya yaxud 32,9% azaldaraq 7,187 mln. manata çatdırıb. Azərbaycanda fəaliyyət göstərən digər şirkət - "Cement Trading" MMC isə nizamnamə kapitalını 99,95% azaltdığını elan edib. Belə ki, bu şirkətin nizamnamə kapitalı 199,9 min manatdan 100 manata qədər azaldılıb. Report.az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol