Sosial şəbəkədə biz:

Azərbaycan bu il qızıl istehsalını 21% artırıb

<strong><span style="color: #000000;">Azərbaycan bu il qızıl istehsalını 21% artırıb</span></strong> Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 2 042,8 kq qızıl hasil olunub. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,3% çoxdur. Nəticədə, сari ilin dekabrın 1-nə hazır məhsul ehtiyatı 56,4 kq təşkil edib. Rəsmi statistika ölkədə gümüş hasilatında əksinə, azalma olduğunu göstərir. Belə ki, istehsal 54,4% azalaraq cari ilin ilk 11 ayı ərzində 105,7 kq olub. Xatırladaq ki, 2014-cü ildə Azərbaycanda qızıl hasilatı illik müqayisədə 15,6% artaraq 1 872,5 kq təşkil edib. Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol