Sosial şəbəkədə biz:

Ukraynada təhsil alan diaspor fəalı mükafatlandırıldı

16 December 2015, 12:58
Gündəm
Ukraynada təhsil alan azərbaycanlı tələbə Nəsirov Davud Vahid oğlu Beynəlxalq Diaspor Mərkəzi tərəfindən Fəxri fərmana layiq görülüb. Bu barədə Azinforum.az-a BDM-in sədr müavini Samir Adıgözəlli məlumat verib. Davud Nəsirov hal-hazırda Xarkov Milli İqtisadiyyat Universitetində magistr təhsilini davam etdirməkdədir. O, Xarkov və Ukraynanın digər şəhərlərində Azərbaycan diasporunun həyata keçirdiyi tədbirlərdə aktiv iştirak edən tələbələrimizdən biridir.