Sosial şəbəkədə biz:

Vahid Əhmədov manatın devalvasiyası haqda danışdı

<strong><span style="color: #000000;">Vahid Əhmədov manatın devalvasiyası haqda danışdı</span></strong> Milli Məclisin deputatı Vahid Əhmədov “Amerikanın Səsi”nə müsahibəsində ilin iqtisadi yekunlarından, iqtisadi və maliyyə böhranından, 2016-cı ildə iqtisadi sahədə gözlənilən yeniliklərdən və manatın devalvasiyasından danışıb. Sonuncu məsələdən danışan deputat vurğulayıb ki, burada şok terapiyasının tərəfdarı deyil: “Bizim milli valyutamız, o cümlədən dövlət büdcəmiz neftdən asılı bir büdcədir... Son zamanlar qeyri-neft sektorunda inkişaf olsa da, qeyri-neft sektorundan daxil olmaların məbləği o qədər də çox deyil. Təxminən dövlət büdcəsinin haradasa 37-38 faizini təşkil edir. Ona görə də manatın devalvasiyası neftin qiymətindən asılıdır. Neftin qiyməti kəskin aşağı düşərsə, ümumiyyətlə manatın devalvasiyası mümkündür. Amma... mən bunu bir neçə dəfə mətbuatda da bildirmişəm: manatın şok-terapiya devalvasiyasının tərəfdarı deyiləm. Onsuz da gec-tez manat daxili bazarda öz həqiqi qiymətini tapmalıdır. Yəni, üzən məzənnə siyasəti aparmaq lazımdır, yumşaq devalvasiyaya getmək lazımdır ki, insanlar şok-terapiya yaşamasın...”. Deputat daha sonra deyib: “Neftin 1 barelinin qiyməti hazırda 38 dollardır. Ola bilsin ki, bundan da aşağı düşsün. Düzdür, biz dövlət büdcəsində 50 dollar götürmüşük. Amma, 2016-cı ildə, ola bilər ki, neftin qiymərində müəyyən enmələr-qalxmalar baş versin... Manatın devalvasiyası mümkündür”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol