Sosial şəbəkədə biz:

Rəşad Sadıqov hakimə tüpürdü

16 December 2015, 21:42
Gündəm
Topaz Premyer Liqası XVII turu çərçivəsində keçirilən "Qarabağ" - "Sumqayıt" matçında xoşagəlməz hal yaşanıb. İdmanxeber.com-un "Azersun Arena"da olan əməkdaşının verdiyi məlumata görə, matçın 79-cu dəqiqəsində yan xətt hakimi bayrağını qaldıraraq qonaqların leyhinə cərimə zərbəsi təyin edib. "Qarabağ"ın futbolçuları isə buna etiraz edib. Kapitan Rəşad Sadıqov isə narazılığını hakimə tüpürərək bildirib. Xatırladaq ki, oyun 2:2 hesablı bərabərliklə başa çatıb.