Sosial şəbəkədə biz:

Daha bir əsgərimiz şəhid oldu

<strong><span style="color: #000000;">Daha bir əsgərimiz şəhid oldu</span></strong> Dekabrın 16-da axşam saatlarında Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərimizə minaatanlardan atəş açması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Cəfərzadə Rəşad Əlyar oğlu şəhid olub. Bu barədə Azinforum.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir. "Eyni zamanda bildiririk ki, Ermənistan kütləvi informasiya vasitələrinin təxribat məqsədilə cəbhədə guya iki nəfər Azərbaycan snayperinin öldürülməsi barədə yaydığı məlumatların və videogörüntülərin də heç bir əsası yoxdur və həqiqətə uyğun deyil. Cəbhə xəttində əməliyyat şəraiti Silahlı Qüvvələrimizin nəzarəti altındadır, düşmənin hərəkətlərinə qarşı bütün qabaqlayıcı tədbirlər həyata keçirilir",-deyə Müdafiə Nazirliyi bildirib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol