Sosial şəbəkədə biz:

"Slavyanka”, “Sirab”, “Badamlı”, “Mor-mor” və “Qax”ın qiyməti qalxacaq

<strong><span style="color: #ff0000;">"Slavyanka”, “Sirab”, “Badamlı”, “Mor-mor” və “Qax”ın qiyməti qalxacaq</span></strong> Azinforum.az-ın məlumatına görə, yerli istehsala aid olan bir sıra mineral suların qiymətı artacaq. Bu barədə tanınmış iqtisadçı Qalib Toğrul məlumat verib. O bunun səbəbini belə əsaslandırıb: "Vergi Məcələsinə son dəyişikliklərdən biri də qeyri-filiz faydalı qazıntılarından tutulan mədən vergisi dərəcəsinin artırılması olub. Bunlardan 13-ü üzrə vergilər dövlət büdcəsinə, 3-ü üzrə vergilər isə bələdiyyə büdcəsinə ödənilir. Mədən vergisi hər kubmetr üçün hesablanılır. Vergi dərəcəsi ən çox qaldırılan faydalı qazıntı mineral sulardır. Mineral suların hər kubmetrinə tətbiq olunan vergi dərəcəsi 6 manatdan 10 manata qaldırılıb, vergi dərəcəsində təxminən 70% artım baş verib. Çox güman ki, dəyişikliklərin qüvvəyə minməsindən, 1 yanvardan sonra ölkəmizdə istehsal olunan mineral suların – “Slavyanka”, “Sirab”, “Badamlı”, “Mor-mor”, “Qax” kimi mineral sularının pərakəndə satış qiymətləri də qalxacaq".


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol