Sosial şəbəkədə biz:

Mərhum jurnalistin oğluna bəraət verildi

<strong><span style="color: #000000;">Mərhum jurnalistin oğluna bəraət verildi</span></strong> Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Tural Sadıqovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Rasim Sadıqov sədrlik edib. Prosedə hökm oxunub. Məhkəmənin hökmü ilə T.Sadıqov bəraət alıb və məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, Tural Mahal oğlu Sadıqov etibardan sui-istifadə və ya aldatma yolu ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində tikinti materiallarının satışı ilə məşğul olan Seymur Yolciyev və Qəhrəman Qulamovdan 308 min manat dəyərində müxtəlif tikinti materiallarını nisyə alıb, pulunu ödəməyərək həmin şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ittiham olunub. Xatırladaq ki, Tural Sadıqov mərhum jurnalist Mahal İsmayıloğlunun oğludur.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol