Sosial şəbəkədə biz:

Emin Millinin qaynının məhkəməsi başlayır

<strong><span style="color: #000000;">Emin Millinin qaynının məhkəməsi başlayır</span></strong> Külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Bakı şəhər sakini Nazim Ağabəyovun cinayət işi üzrə istintaq yekunlaşıb. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, cinayət işi üzrə istintaq materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Qeyd edək ki, N.Ağabəyov bu il iyulun 23-də evdən çıxıb idarə etdiyi avtomobillə işə gedərkən Binəqədi rayonu ərazisində, Mir Cəlal küçəsində yerləşən "Bol market" ticarət mərkəzinin yaxınlığında Bakı Şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Onun üzərinə və maşınına baxış keçirilərkən külli miqdarda (6,213 qram) heroin aşkar edilərək götürülüb. Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Xatırladaq ki, kompüter mühəndisi olan N.Ağabəyov məşhur rəssam Mais Ağabəyovun oğlu, “Meydan TV” internet layihəsinin rəhbəri, Almaniyada mühacirətdə yaşayan Emin Millinin qaynıdır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol