Sosial şəbəkədə biz:

Türkiyə İsraillə barışdı

18 December 2015, 10:17
Gündəm
İsrail və Türkiyə arasında səfirlərin geri qaytarılması məsələsi də daxil olmaqla əlaqələrin normallaşdırılmasına dair ilkin razılıq əldə olunub. APA-nın verdiyi xəbərə görə, bu barədə İsrail hökumətindəki mənbə bildirib. Mənbənin məlumatına görə, diplomatik münasibətlərin bərpasına dair razılaşma İsveçrədə keçirilmiş görüşdə əldə olunub. Razılaşma çərçivəsində İsrail həlak olan şəxslərin ailələrinə kompensasiya ödəmə fondu yaradacaq.