Sosial şəbəkədə biz:

Azərbaycanlı səfirin saatını oğurladılar

09 April 2019, 23:10
Gündəm

Minsk Milli Aeroportunda Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun saatı oğurlanıb.

Azvision.az “BelTA”ya istinadən xəbər verir ki, hadisə martın 17-də axşam saatlarında baş verib. 

Belə ki, diplomat biznes-zalda olarkən saatını unudub. Bunu görən 37 yaşlı Ukrayna vətəndaşı saatı oğurlayıb. 

Hadisədən xəbər tutan Cinayət-Axtarış Şöbəsinin əməkdaşları saatı oğurlayan şəxsi qısa zamanda müəyyən ediblər. Nəticədə səfirin qol saatı ola geri qaytarılıb.