Sosial şəbəkədə biz:

Azərbaycan iqtisadiyyatına xarici investisiyalar 42% artıb

<strong><span style="color: #000000;">Azərbaycan iqtisadiyyatına xarici investisiyalar 42% artıb</span></strong> Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 6 228,0 mln. manat həcmində vəsait yönəldilib. “Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ölkə iqtisadiyyatına xarici investisiya qoyuluşunda illik müqayisədə 41,53% artım müşahidə olunub. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən vəsaitin 5 524,2 mln. manatı (88,7%-i) Birləşmiş Krallıq, Türkiyə, Norveç, Rusiya, İran, ABŞ, Malayziya və Yaponiya sərmayədarlarına məxsus olub. Tikinti müəssisələri tərəfindən yerinə yetirilən inşaat işlərinin 61,2%-i yeni tikinti, yenidənqurma və genişləndirmə, 14,5%-i əsaslı təmir, 7%-i cari təmir, 17,3%-i isə digər tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 87,9%-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib. Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14 438,8 mln. manat vəsait yönəldilib. Onun 8 835,3 mln. manatı və ya 61,2%-i məhsul istehsalı obyektləri, 4 689,5 mln. manatı (32,5%) xidmət sahələri üzrə obyektlərin, 914 mln. manatı (6,3%) isə ümumi sahəsi 1 634,1 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol