Sosial şəbəkədə biz:

Azərbaycanda bir neçə məhkəməyə yeni hakimlər təyin ediləcək

<strong><span style="color: #000000;">Azərbaycanda bir neçə məhkəməyə yeni hakimlər təyin ediləcək</span></strong> Azərbaycanda bir neçə məhkəməyə yeni hakimlər təyin ediləcək. “Report” xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib. Layihəyə əsasən, Ali Məhkəmənin hakimi Tapdıq Mahmudovun vəzifəsi dəyişdiriləcək. O, Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin ediləcək. Eyni zamanda, Bakı, Sumqayıt və Şirvan Apellyasiya məhkəmələrinə hakimlər təyin ediləcək. Belə ki, Kəmalə Abiyeva Bakı Apellyasiya Məhkəməsinə, Xəyalə Cəmilova və Fərmayıl Zeynallı Sumqayıt Apellyasiya Məhkəməsinə, Rafael Eyvazov isə Şirvan Apellyasiya Məhkəməsinə hakim təyin olunacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol