Sosial şəbəkədə biz:

Akif Çovdarovun qızı işdən çıxarıldı

18 December 2015, 13:24
Gündəm
Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan Akif Çovdarovun ailəsinə daha bir zərbə vurulub. Criminal.az-ın məlumatına görə, generalın qızı Günay Əmircanova işdən çıxarılıb. O, Respublika Endokrinologiya Mərkəzində həkim işləyirdi. Onun həyat yoldaşı, polkovnik Ruslan Əmircanov isə bir müddət əvvəl MTN-dən qovulmuşdu.