Sosial şəbəkədə biz:

Nazirlik binasında dəhşət: tələbə qız 9-cu mərtəbədən liftin şaxtasına yıxıldı

<strong><span style="color: #000000;">Nazirlik binasında dəhşət: tələbə qız 9-cu mərtəbədən liftin şaxtasına yıxıldı</span></strong> Bakıda dəhşətli hadisə baş verib. Lent.az-ın məlumatına görə, 1998-ci iltəvəllüdlü Əhmədova Esmira İlqar qızı Səhiyyə Nazirliyinin Yasamal rayonu Zərdabi küçəsində yerləşən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 9-cu mərtəbəsindən yük liftinin şaxtasına yıxılıb. 17 yaşlı qız liftin 1-ci mərtəbəsində dayanmış vəziyyətdə olan liftin damına düşüb. O, təcili olaraq ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. İlkin müayinə nəticəsində E.Əhmədovanın çoxsaylı sınıq xəsarətləri aldığı və vəziyyətinin çox ağır olduğu məlum olub. Saytın əldə etdiyi digər məlumata görə, 9-cu mərtəbədən yıxılan 17 yaşlı E.Əhmədova 1 saylı Tibb Texnikumunun tələbəsi olub. Hazırda faktla bağlı araşdırmalar aparılır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol