Sosial şəbəkədə biz:

Deputatın qardaşı qızı direktor təyin edildi - Qalmaqallı məktəbə

<strong><span style="color: #000000;">Deputatın qardaşı qızı direktor təyin edildi <span style="color: #ff0000;">- Qalmaqallı məktəbə</span></span></strong> Sabirabaddakı M.Ə.Sabir adına 1 saylı orta məktəbinə yeni direktor təyin edilib. Azinforum.az xəbər verir ki, Gün.Az-ın əldə etdiyi məlumata görə, yeni direktor əslən sabirabadlı olan, Sumqayıtdan millət vəkili seçilmiş Mirzəcan Xəlilovun qardaşı qızı Sevinc Xəlilovadır. O, parlament seçkilərindən bir neçə gün sonra direktor vəzifəsinə təyinat alıb. S.Xəlilova 1973-cü ildə Sabirabad rayonunda anadan olub, BDU-nun coğrafiya fakültəsini bitirdikdən sonra adıçəkilən məktəbdə müəllim işləyib. Qeyd edək ki, xeyli müddət idi 1 saylı məktəbdə direktor vəzifəsi boş qalmışdı. Sabiq direktor Diləfruz Mustafayeva kredit qalmaqalı ilə əlaqədar vəzifəsindən uzaqlaşdırılıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol