Sosial şəbəkədə biz:

Emin Ağalarov “Torqovı”da çıxış edəcək

18 December 2015, 22:15
Gündəm
Populyar müğənni və bəstəkar Emin Ağalarov dekabrın 19-da "Nargis" fondunun təşkilatçılığı ilə keçirilən "Soyuq Əllər, İsti Ürək: Mələklər" Yeni il xeyriyyə yarmarkasına qatılacaq. “Qafqazinfo”-nun verdiyi məlumata görə, saat 20:30-da müğənninin avtoqraf-sessiyası, 21:00-da isə yarmarkanın səhnəsində çıxışı olacaq. Xatırladaq ki, dekabrın 31-dək davam edəcək "Soyuq əllər, İsti ürək" xeyriyyə yarmarkasından əldə olunan vəsait ənənəyə uyğun olaraq, müalicəyə və əməliyyata ehtiyacı olan uşaqlara sərf ediləcək.