Sosial şəbəkədə biz:

Nardaranda əməliyyatlar davam edir: 3 nəfər də saxlanıldı

<strong><span style="color: #000000;">Nardaranda əməliyyatlar davam edir:</span> <span style="color: #ff0000;">3 nəfər də saxlanıldı</span></strong>

Bu gün Nardaranda günorta saatlarında keçirilən əməliyyatlar zamanı daha 3 nəfər saxlanılıb. 5 nəfər isə səhər saatlarında keçirilən əməliyyatlar zamanı saxlanılmışdı. 
Bu barədə məlumatı musavat.com-a Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov verib.
Onun sözlərinə görə, kənddə evlərdə və həyətyani sahələrdə hüquq-mühafizə orqanları tərəfindən axtarışlar davam edir. Axtarışda polis əməkdaşları və xüsusi təyinatlılar iştirak edir.
"Əkin yerlərini, evləri axrarırlar. Xüsusi itlər də axtarışda istifadə olunur. Bildiyimiz qədəri ilə silah və narkotik axtarılır. Bu gün səhər 5 nəfəri, günorta isə 3 nəfəri axtarışlardan sonra apardılar. Amma evlərdən heç nə tapılmayıb. Axtarışlar zamanı çəkiliş də olub. Saxlanılanlardan xəbər yoxdur"- deyə N.Kərimov bildirib.
Xatırladaq ki, dekabrın 1-dən Nardaran Daxili Qoşunların və polisin nəzarətindədir. Nardaran sakinlərindən başqa heç kim kəndə buraxılmır. Kənddə keçirilən əməliyyatlar zamanı xeyli sayda saxlanılan var. Lakin bu barədə heç bir rəsmi açıqlama verilmir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol