Sosial şəbəkədə biz:

Zəlimxan Yaqubun həyat yoldaşı: “Böyrək köçürülməyəcək”

<strong><span style="color: #000000;">Zəlimxan Yaqubun həyat yoldaşı:</span> <span style="color: #ff0000;">“Böyrək köçürülməyəcək”</span></strong>

“Zəlimxan müəllimin indi vəziyyəti bir az yaxşılaşıb”.

Bunu AzVision.az - a Xalq şairi Zəlimxan Yaqubun həyat yoldaşı Sahibə Yaqublu deyib. O, Xalq şairinin səhhətinin pisləşməsi ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib: “Həmişə müalicə olunmaq üçün Almaniyaya gedirdi. Bu dəfə Almaniyaya getməyəcək. Zəlimxan müəllim xəstədir. Ev şəraitində müalicə olunur. Yemək yeyir, danışır. Ona böyrək də köçürülməyəcək. İnşallah tezliklə sağalar və onu görmək istəyənləri sevindirər”. Xatırladaq ki, Zəlimxan Yaqub 2012-ci ilin əvvəlində Almaniyada cərrahiyyə əməliyyatı keçirib. Əməliyyat zamanı xalq şairinin hər iki böyrəyi çıxarılıb. Müxtəlif ölkələrdə müalicə alan şairin müalicəsi dövlət tərəfindən maliyyələşdirilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol