Sosial şəbəkədə biz:

Cahangir Hacıyev bu gün təcridxanaya köçürüləcək

<strong><span style="color: #000000;">Cahangir Hacıyev bu gün təcridxanaya köçürüləcək</span></strong> Barəsində həbs-qətimkan tədbiri seçilmiş “Azərbaycan Beynəlxalq Bankı” ASC İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev bu gün 1 saylı İstintaq Təcridxanasına köçürüləcək. Bu barədə “Report”a C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib. C.Hacıyev hazırda Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) saxlanılır. Xatırladaq ki, A.Layicov mətbuata açıqlamasında C.Hacıyevin BMCMİ-də saxlanılmasının qanunsuz olduğunu və bu səbəbdən də məhkəməyə müraciət etdiklərini deyib. Qeyd edək ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol