Sosial şəbəkədə biz:

“Azərpoçt”un 18 əməkdaşı işdən azad edildi

<strong><span style="color: #ff0000;">“Azərpoçt”un 18 əməkdaşı işdən azad edildi</span></strong> Rabitə və Yüksək Texnologiyalar Nazirliyində struktur islahatları davam edir. Son bir həftə ərzində nazirliyə məxsus “Azərpoçt” MMC-nin 18 nəfər əməkdaşı işdən azad edilib. Bu şəxslərin əksəriyyəti ilə vaxtı başa çatmış müqavilələr yenilənməyib. Eyni zamanda nazirliyin “Rabitə dünyası” qəzetinin də fəaliyyəti dayandırılıb. Qəzetdə çalışanların əksəriyyəti ilə də müqavilələr yenilənməyib. Məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni rəhbərliyi struktur islahatların aparılması ilə kollektivin daha da mobilləşdirilməsi və izafi xərclərin azaldılması istiqamətində işlər aparır (APA).  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol