Sosial şəbəkədə biz:

İŞİD yaraqlılarının qadınlara qarşı zorakılığı - ŞOK GÖRÜNTÜLƏR

<strong><span style="color: #000000;">İŞİD yaraqlılarının qadınlara qarşı zorakılığı -</span> <span style="color: #ff0000;">ŞOK GÖRÜNTÜLƏR</span></strong>

Bütün bunlar qadınların ərləri və uşaqlarının gözləri qarşısında baş verir.
İnternetdə İŞİD terror qruplaşmasının döyüşçüləri tərəfindən qadınlara qarşı edilən zorakılığın videosu yayılıb.
Oxu.Az Lifenews-a istinadən xəbər verir ki, terrorçular cinsi köləlik üçün qadınları girov götürüblər.
Yaraqlılar gənc qız və qadınların ailələrindən məcburən alaraq seks köləliyinə satmağa aparırlar.
Bütün bunlar qadınların ərləri və uşaqlarının gözləri qarşısında baş verir. Terrorçular silahlıdırlar və qurbanlarının qohumlarını hədələyirlər.
Qeyd edək ki, öz qəddarlıqları ilə tanınan İŞİD yaraqlıları bunu heç vaxt gizlətməyə çalışmayıblar.
Onlar gənc qızları zorlayır, ictimai edamlar təşkil edir və bütün baş verənləri lentə alıraq sosial şəbəkələrdə paylaşırlar.
 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol