Sosial şəbəkədə biz:

Naxçıvan şəhərinin polis rəisi işdən çıxarılıb

<strong><span style="color: #000000;">Naxçıvan şəhərinin polis rəisi işdən çıxarılıb</span></strong> Naxçıvan şəhər Polis İdarəsinin rəisi, polkovnik Cavid Qasımov tutduğu vəzifədən azad olunub. Bu barədə AzPolitika.info-ya MR-dəki mənbələrdən məlumat daxil olub. Bir neçə gün əvvəl vəzifəsini tərk edən C.Qasımovun yerinə təyinat hələ ki, olmayıb. Bəzi məlumatlara görə, C.Qasımov təqaüd yaşının çatması ilə əlaqədar polis orqanlarından xaric olunub. Lakin onun işində yol verdiyi ciddi qüsura görə cəzalandırıldığını bildirən mənbələr də var. 2014-cü ilin fevral ayında Naxçıvan polisinin başına gətirilən C.Qasımovun MR Daxili İşlər naziri Əhməd Əhmədovun kadrı olduğu bildirilirdi.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol