Sosial şəbəkədə biz:

Şəki İpək Kombinatının fəaliyyəti tam dayandırıldı

<span style="color: #ff0000;"><strong>Şəki İpək Kombinatının fəaliyyəti tam dayandırıldı</strong></span> Pambıqəyirən sexinin işini dayandırması ilə “Şəki İpək” ASC-nin (Şəki ipək Kombinatı) fəaliyyəti tam dayanıb. Şəkidən Sadıq Fətəliyev Turan-a bildirib ki, formal səbəb elektrik enerjisinə olan 36 min manat borc olub. Onun sözlərinə görə, 200-dən artıq işçi müddətsiz məzuniyyətə buraxılıb və indi direktorun səlahiyyətlərini müvəqqəti icra edəndən başqa müəssisədə yalnız mühafizə qrupu qalıb. İşçilər ayda minimal maaş – təxminən 160 manat əmək haqqı alırdı, bu da ölkə üzrə orta aylıq əmək haqqından 3 dəfə azdır. Xatırladaq ki, özəlləşdirmə anında “Şəki İpək” ASC-də 2000-ə yaxın işçi çalışıb. 2002-ci ildə müəssisə investisiya müsabiqəsində ipək məhsulu istehsalının bərpası və inkişafı şərti ilə “Pərvanə” şirkəti tərəfindən özəlləşdirilib. SC-nin səhmlərinin 98%-i “Pərvanə” MMC-ə keçəndən sonra onlar “General Construction” MMC (81%) və “Senat Associates” LTD (17%) arasında bölüşdürüldü. Səhmdarların bu yaxında keçirilən ümumi iclasında məlum olub ki, “Şəki İpək” ASC-nin adına çoxmilyonıu kredit rəsmiləşdirilib və indiyə kimi bu məbləğ 70 mln manata çatıb. Kredit “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən alınıb. KİV-də “Pərvanə” MMC və “General Construction” MMc-nin AMB-nın idarə heyətinin keçmiş rəhbəri Cahangir Hacıyevlə dost münasibətdə olan Xaqani Bəşirova məxsus olması ilə bağlı çoxsaylı məqalələr dərc edilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol