Sosial şəbəkədə biz:

Tbilisidə iri bankın filialına silahlı hücum

19 April 2019, 19:08
Gündəm

Bu gün səhər Gürcüstanın ən iri banklarından olan “Liberty Bank”ın (əvvəllər Gürcüstan Xalq Bankı) Tbilisidəki filiallarından birinə silahlı hücum edilib.

“Report” xəbər verir ki, hadisə nəticəsində bankın 2 əməkdaşı yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hücum edənlərin dəqiq sayı məlum deyil və onlar hadisə yerindən uzaqlaşıblar. Hələlik pul oğurlanıb-oğurlanmadığı bəlli deyil.

Hadisə yerinə polis cəlb olunub, əməliyyat axtarış tədbirləri görülür.